Tələbə və müəllimlər üçün maliyyə savadlılığına dair seminarlar

  • 9 Fevral 2021
  • 106 baxış

Mərkəzi Bankın təşkilatçılığı və təşəbbüsü ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” nin “ Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfi və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının icrası üzrə Təfsilatlı Tədbirlər Planının 4.1.1-ci yarımbəndində “Qeyri-iqtisadi profilli ixtisaslar üzrə iqtisadiyyat fənninin tədrisi üçün 2020-ci ilin ikinci yarımillik ərzində “Orta ixtisas təhsili və ali təhsil müəssisələrinin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlərin təşkil olunması” tədbirlərin nəticələrinin dayanıqlılığını təmin etmək üçün Sumqayıt Dövlət Universitetinin 183 nəfər müəllim və tələbəsi üçün 26 yanvar 2021-ci il tarixində “Rəqəmsal ödənişlərin üstünlükləri”, 29 yanvar 2021-ci il tarixində isə 122 nəfər müəllim və tələbəsi üçün “Sığorta” mövzusunda və 01 və 03 fevral tarixlərində 122 nəfər tələbə və müəllimi üçün “Məsuliyyətli borclanma” mövzusunda, 28 yanvar 2021-ci il tarixində isə Bakı Musiqi Akademiyasının 124 tələbə və əməkdaşı üçün “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzusunda təlimlər keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.