Təhsil müəssiləri üçün ilin son təlimləri

  • 30 Dekabr 2020
  • 135 baxış

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətilərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin , həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrə uyğun olaraq ölkəmizin müxtəlif Ali və orta-ixtisas təhsil ocaqlarında maarifləndirici tədbirlər keçirilmişdir.

Mərkəzi Bankın təşkilatçılığı və Bank Tədris Mərkəzinin iştirakı ilə “Qeyri-iqtisadi profilli ixtisaslar üzrə iqtisadiyyat fənninin tədrisi üçün 2020-ci ilin ikinci yarımillik ərzində “Orta ixtisas təhsili və ali təhsil müəssisələrinin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlərin təşkil olunması” tədbirlərinin davamı olaraq 03-04 dekabr 2020-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin 75 tələbəsi, 08 və 10 dekabr 2020-ci il tarixində Bakı Dənizçilik Kollecinin 40 nəfər tələbəsi, 16 və 18 dekabr 2020-ci il tarixində Bakı Neft Energetika Kollecinin 40 nəfər tələbəsi üçün, 21 və 25 dekabr 2020-ci il tarixində Bakı Mühəndislik Universitetinin 27 tələbəsi və Ağdam Dövlət Sosial İqtisad Kollecinin 28 dekabr tarixində 100 tələbəsi üçün “Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzularında vebinarlar keçirilmişdir. Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin inkişafı meneceri Rauf Ağayev tərəfindən keçirilmiş vebinarda Kredit və Zaminliklə bağlı bir neçə məsələ müzakirə edilmiş, Mərkəzi Bankın Maliyyə Savadlılığı şöbəsinin mütəxəssisi Fərəh Əliyeva tərəfindən Mərkəzi Bankın Elektron resursları olan Maliyyə Məhsul və xidmətlərinin axtarış sistemi, Virtual Təhsil Platforması və Maliyyə Savadlılığı portalı ilə bağlı təlim iştirakçılarına məlumat verilmiş, həmin mövzular ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Təlim iştirakçıları sertifikatlarla mükafatlandırılmışlar. 

Orta ixtisas və ali təhsil müəssisələrinin tələbə, müəllim eləcə də əməkdaşların bilik və bacarıqlarının artırılmasına önəm verən Mərkəzi Bank növbəti ildə də bu istiqamətdə tədbirlərin təşkilini nəzərdə tutur.