Azərbaycan Respublikasının şəhər və rayon Təhsil şöbələrinin (idarələrinin) metodist - müəllimləri üçün seminarlar keçirilmişdir

  • 30 Dekabr 2020
  • 187 baxış

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrə uyğun olaraq maarifləndirmə məqsədi ilə keçirilən təlim və seminarların davamı olaraq Mərkəzi Bankın tərəfdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə 21-25 dekabr 2020-ci il tarixlərində Azərbaycan Respublikasının şəhər və rayon Təhsil şöbələrinin (idarələrinin) 66 metodist -müəllimi üçün Bank Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində işlənilmiş “İzafi borclanma” və Mərkəzi Bankın mütəxəssislərinin hazırladığı “Sığorta” və “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzularında seminarlar keçirilmişdir. Seminarlardan sonra iştirakçıların sualları cavablandırılmışdır.

Bundan başqa, Mərkəzi Bankın istehlakçılara təqdim etdiyi Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi, Virtual Təhsil Platforması və Maliyyə Savadlılığı portalı ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verilmiş, həmin mövzular ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.