8-14 yaşlı şagirdlər arasında “Rəqəmsal ödənişlər məktəblilərin gözü ilə” infoqrafika müsabiqəsi keçirilmişdir

  • 18 Dekabr 2020
  • 347 baxış

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazar iştirakçılarının bilik və bacarıqlarının artırılması”, həmçinin Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 5.4.1-ci bəndində nəzərdə tutulan 4.1.1-ci tədbirin (şagird, müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi) əsas icraçılarından biri kimi Mərkəzi Bank müəyyən edilmişdir. 

Bu tədbirlərin davamı olaraq Mərkəzi Bankın dəstəyi ilə 8-14 yaşlı şagirdlər arasında “Rəqəmsal ödənişlər məktəblilərin gözü ilə” infoqrafika müsabiqəsi keçirilmişdir. Müsabiqədə 163 nəfər şagird iştirak etmişdir. Onlardan 43 nəfərin işi mövzuya uyğun olduğu üçün qiymətləndirilmişdir. 

Qiymətləndirilmə nəticəsində birinci yerə Bakı şəhəri 145 saylı məktəbin 8 “b” sinif şagirdi Timayeva Alina Sergey qızı, ikinci yerə 24 saylı məktəbin 7 “c” sinif şagirdi Həmidov Nicat Nazim oğlu, həmin məktəbin 7 “ç” sinif şagirdi Çelax İlya Sergeyeviç və Ucar rayonu H.Əliyev adına Qazıqumlaq kənd 2 saylı məktəbin 7 “a” sinif şagirdi Məmmədov Məsum Mənsur oğlu və 3-cü yerə Bakı şəhəri 276 saylı məktəbin 9 “d”sinif şagirdi Seyfullayev Sübhan Vüqar oğlu və Xaçmaz şəhəri C.Cabbarlı adına 6 saylı məktəbin 9 “a” sinif şagirdi Fərzəliyeva Dürdanə Ədalət qızı layiq görülmüşlər.

Müsabiqədə fərqlənən şagirdlər Mərkəzi Bankın sertifikatları və maarifləndirici resursları ilə mükafatlandırılmışlar.